AZ

TƏCİLİ: Moskvaya HÜCUM: Hava limanları BAĞLANDI – VİDEO

Moskvaya qarşı kütləvi dron hücumu paytaxt hava limanlarının işində ciddi problemlərə səbəb olub.

Musavat.com xəbər verir ki, bu barədə “Mash” telegram kanalı məlumat yayıb.

Məlumata görə, gün ərzində şəhərə yaxınlaşarkən 24 dron məhv edilib.

Nəticədə, Domodedovo, Vnukovo və Jukovski hava limanlarında müvəqqəti məhdudiyyətlər tətbiq edilib və təxminən 200 uçuş təxirə salınıb. Bir neçə uçuş isə ləğv edilib.

Aviaşirkətlər və hava limanları vəziyyəti sabitləşdirmək və uçuş cədvəllərini bərpa etmək üçün tədbirlər görür. Sərnişinlərdən səyahətlərini planlaşdırarkən mümkün gecikmələri nəzərə almaları xahiş olunur.

Seçilən
36
50
editor.az

10Mənbələr