Azpost portalından alınan məlumata görə, ain.az xəbər verir.
Azərbaycan kinosu tarixinə aid unikal arxiv materialı müəyyən olunub.
Dövlət Film Fondundan bildirilib ki, aşkar olunmuş fotosənəd 1945-ci ildə “Bakı” kinostudiyasında lentə alınmış “Arşın mal alan” (rejissor R.Təhmasib və N.Leşşenko) bədii filminə aiddir.
Azərbaycan Dövlət Film Fonduna orijinal şüşə neqativdə təhvil verilmiş fotosənəd Əməkdar mədəniyyət işçisi, fotoqraf-rəssam Pərviz Quliyevin şəxsi arxivinə daxildir.
Bugünədək heç bir kino tədqiqatında istifadə olunmayan bu fotoşəkil bərpa olunmuş şəkildə Dövlət Film Fondunun rəsmi saytı və sosial media hesabları vasitəsilə ictimaiyyətə təqdim olunur.
AzPost.az
Paylaş
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.