ain.az, Oxu.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Bakı şəhəri, Nəsimi rayonu, Mirzəağa Əliyev küçəsində yerləşən marketlərin birindən alınan qatığın kifləndiyi aşkarlanıb.
Bu barədə Oxu.Az-a vətəndaş müraciəti daxil olub.
Müraciətdə qeyd olunur ki, məhsulun istifadə müddəti 2026-cı il yanvarın 14-də bitməli olsa da, qatıqdan artıq kəskin qoxu gəlir və üzərində kif göbələyi yaranıb.
Sözügedən qatıq "Atena" MMC-yə məxsusdur.




Məsələ ilə bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) bildirilib ki, fakt qeydə alınıb və araşdırılması üçün nəzarətə götürülüb.
Məhərrəm Əliyev
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.