AZ

Bazarda atışma olub, azərbaycanlı ata və oğlu yaralanıb

Gürcüstanın azərbaycanlıların yığcam yaşadıqları Marneuli rayonunun mərkəzi bazarında atışma baş verib, ata və oğlu yaralanıb.

 

Silahlı insident qızıl mağazasında qeydə alınıb.

 

Onların hər ikisi xəstəxanaya çatdırılıb və təcili əməliyyat olunub. Atanın vəziyyətinin ağır olduğu bildirilir.

 

Hadisə yerinə polis əməkdaşları cəlb edilib.

 

Atəş açan naməlum şəxsin kimliyini müəyyən etmək üçün müşahidə kameralarının qeydə aldığı görüntülər yoxlanılır, istintaq hərəkətləri həyata keçirilir.

 

APA

Tarix: 4 Yanvar 2026, 19:35   
Seçilən
104
50
pravda.az

10Mənbələr