ain.az, 525.az saytına istinadən bildirir.
Yeni ilə keçən gecə Niderlandın bir neçə şəhərində polisə hücum faktları qeydə alınıb.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, Breda şəhərində bir qrup gənc polislərə Molotov kokteyli və səki daşları ilə hücum edib.
5 nəfər həbs olunub. Polis avtomobili ilə yanaşı daha bir neçə nəqliyyat vasitəsi yandırılıb. Şəhərdə həmçinin, bir neçə kütləvi dava-dalaş baş verib.
Rozendaeldə isə polis əməkdaşlarına fişənglərlə hücum edən 7 gənc saxlanılıb. Eyni hadisə Haaqada da baş verib.
Yeri gəlmişkən, Neymegen və Aalsmirdə 2 sakin pirotexniki vasitələrin üzündən həyatlarını itirib. Hər iki faktla bağlı polis araşdırmaya başlayıb.
Qeyd edək ki, Niderlandda pirotexniki vasitələrin istifadəsi qanunla qadağandır. Ötən il ölkə ərazisində 112 ton pirotexniki vasitə müsadirə olunaraq məhv edilib. Buna baxmayaraq, bir çox vətəndaşlar yeni il ərəfəsində qonşu Belçika ərazisindən onları əldə edə bilirlər.
L.Tağıyeva
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.