Bakı. Trend:
Avstriyanın paytaxtı Vyananın Leopoldştadt rayonunda,Tempelqasse küçəsində yerləşən sinaqoqun yaxınlığında qumbaraaşkarlanıb.
Trend xəbər verirki, bu barədə Vyana polisi məlumat yayıb.
Hüquq-mühafizə orqanlarının məlumatına görə, partlayıcı qurğusinaqoqun qarşısındakı binanın girişində qoyulmuş çantanın içindətapılıb. Polis qumbaranın müsadirə edildiyini və bombazərərsizləşdirmə qrupu tərəfindən müayinə üçün aparıldığınıbildirib.
Qeyd olunub ki, qumbaranın olduğu çantanı sinaqoq əməkdaşı aşkaredib. Polisə məlumat verildikdən sonra hadisə yerinə bomba üzrəmütəxəssislər cəlb olunub və qurğu təhlükəsiz şəkildə götürülüb.Hazırda qumbaranın İkinci Dünya Müharibəsindən qalmaolub-olmadığını müəyyənləşdirmək üçün araşdırma aparılır.
Polisin açıqlamasına görə, hadisədən bir gün əvvəl sinaqoqəməkdaşlarına qarşı hər hansı təhdid qeydə alınmayıb və binanınyaxınlığında partlayıcı qurğunun qoyulmasının məqsədi ilə bağlı heçbir qeyd və ya iz aşkar edilməyib.
Hadisənin dini obyektin yaxınlığında baş verməsi nəzərəalınaraq, məlumat Avstriyanın Dövlət Təhlükəsizliyi və Kəşfiyyatİdarəsinə (DSN) ötürülüb.