Berlində Yeni il şənlikləri zamanı təxminən 400 nəfər saxlanılıb .
"Der Tagesspiegel" qəzeti bu barədə məlumat yayıb.
Nəşr bildirir ki, "Yeni il gecəsi hüquq-mühafizə orqanlarının əməkdaşlarına çoxsaylı hücumlar baş verib. Berlində təxminən 400 nəfər müvəqqəti olaraq saxlanılıb. Ən azı 24 polis əməkdaşı yaralanıb".
Bayram tədbirləri zamanı şəhər küçələrində 3200 hüquq-mühafizə orqanı əməkdaşı yerləşdirilib.