AZ

Roma Papası Venesuelanın suverenliyinin qorunmasına çağırdı

BAKI, 4 yanvar. TELEQRAF

Venesueladakı vəziyyəti yaxından izlədiyini bildirən Roma Papası XIV Leo ölkənin suverenliyinin qorunması və qanunun aliliyinə riayət olunmasına çağırıb.

Teleqraf xəbər verir ki, bu barədə Papa ənənəvi bazar xütbəsi zamanı bildirib.

"Ölkənin suverenliyi təmin olunsun, konstitusiyada əks olunan qanunun aliliyi qorunsun, hər bir vətəndaşın insan və vətəndaş hüquqlarına hörmət edilsin",-Roma Papası XIV Leo qeyd edib.

O, həmçinin Venesuela üçün sakit gələcək, stabillik və əməkdaşlıq naminə birgə çalışmağın vacibliyini vurğulayıb.

Qeyd edək ki, yanvarın 3-də ABŞ xüsusi təyinatlı qüvvələri Venesuelada Prezident Nikolas Maduro və onun həyat yoldaşını saxlayıb və ölkədən çıxarıb.

Venesuela xarici işlər naziri İvan Xil Pinto ABŞ-nin Karakasdakı hərbi və mülki obyektlərə zərbələrini hərbi aqressiya adlandırıb.

Ölkədə fövqəladə vəziyyət elan edilib.

Seçilən
127
35
teleqraf.com

10Mənbələr