ABŞ Prezidenti Donald Tramp bir həftə əvvəl Venesuela lideri Nikolas Maduro ilə əlaqə saxlayıb və onu könüllü şəkildə təslim olmağa çağırıb.
Turkustan.az xəbər verir ki, o, bu barədə "Fox News" telekanalına verdiyi müsahibədə bildirib.
“Bizim müzakirələrimiz oldu. Mən şəxsən onunla danışdım. Dedim: ‘Geri çəkilməlisiniz. Təslim olmalısınız’. O isə bunu etmədi”, - deyə Ağ Evin rəhbəri bildirib.
ABŞ Prezidenti bundan əvvəl yanvarın 3-də Amerika qüvvələrinin Venesuelaya zərbə endirdiyini təsdiqləmişdi. O həmçinin ölkə rəhbəri Nikolas Maduronun həyat yoldaşı ilə birlikdə “Delta Force” xüsusi təyinatlıları tərəfindən ələ keçirilərək Venesueladan çıxarıldığını açıqlamışdı. Ağ Evin başçısı əməliyyatın təfərrüatlarını Bakı vaxtı ilə saat 20:00-da keçiriləcək mətbuat konfransında açıqlayacağını vəd edib.|publika.az