AzVision.az xəbər verir ki, Gürcüstan Xarici İşlər Nazirliyi Venesuelada baş verən hadisələrlə bağlı bəyanat yayıb.
Bildirilib ki, Tbilisi vəziyyətin inkişafını diqqətlə izləyir və sonrakı proseslərin Venesuela xalqının maraqlarına uyğun istiqamətdə cərəyan edəcəyinə ümid edir.
Bəyanatda Venesuela hakimiyyətinin daha əvvəl Abxaziya və Cənubi Osetiyanın “müstəqilliyini” tanıması məsələsinə xüsusi diqqət çəkilib. Belə ki, Gürcüstan bu addımı beynəlxalq hüququn kobud şəkildə pozulması kimi qiymətləndirir.
Nazirliyin bəyanatında qeyd olunur: “Ümid edirik ki, son hadisələr fonunda Gürcüstanın milli maraqlarına və beynəlxalq hüquq prinsiplərinə uyğun olmayan bu qeyri-qanuni qərarın ləğv ediləcək”.
Məhəmmədəli Həsənli
AzVision.az
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta