ain.az bildirir, GlobalInfo saytına əsaslanaraq.
İtaliya Baş naziri Giorgia Meloni ABŞ-ın Venesuelaya hücumunu “müdafiə” adlandırıb.
Globalinfo.az xəbər verir ki, bu barədə İtaliya hökumətinin saytında açıqlama dərc olunub.
“İtaliya hökuməti xarici hərbi əməliyyatları totalitar rejimlərin devrilməsi yolu hesab etmir. Bununla belə, narkotik qaçaqmalçılığını təşviq edən və asanlaşdıran dövlət strukturlarına yönəlmiş hibrid hücumlara qarşı müdafiə tədbirlərini qanuni hesab edir”, – deyə bəyanatda qeyd edilib.
Baş nazir həmçinin vurğulayıb ki, İtaliya həmişə Venesuela xalqının demokratik keçid arzularını dəstəkləyib:
“Biz özünü seçkilərdə qalib elan edən Maduro rejiminin davranışlarını pisləmişik. Onun seçki qələbəsi heç vaxt İtaliya və ya onun əsas beynəlxalq tərəfdaşları tərəfindən tanınmayıb”.
Əliyar Xəlil
Globalinfo.az
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.