“Böyük Britaniya uzun müddətdir ki, Venesuelada hakimiyyətin keçidini dəstəkləyir. Biz Maduronu qanunsuz prezident hesab edirik və onun rejiminin sonu gəldiyinə görə göz yaşı tökmürük. Bu səhər beynəlxalq hüquqa dəstəyimi bir daha təkrarladım”.
“Cebheinfo.az” xəbər verir ki, bunu Britaniyanın Baş nazir Keir Starmer deyib.
O bildirib ki, Böyük Britaniya hökuməti Venesuela xalqının iradəsini əks etdirən qanuni hökumətə təhlükəsiz və dinc keçid üçün yaxın günlərdə ABŞ ilə vəziyyəti müzakirə edəcək.
Bundan əvvəl Britaniya Baş naziri Londonun Venesuela prezidentinin tutulması ilə heç bir əlaqəsi olmadığını bildirmişdi.