Footbal-plus saytından alınan məlumata görə, ain.az bildirir.
Səudiyyə Ərəbistanı çempionatında 13-cü turun mərkəzi oyununda lider ''Əl-Nəssr'' ''Əl-Əhli''nin qonağı oldu. "Football-plus.az" xəbər verir ki, ilk 10 turda xal itirməməklə tarixinin ən uğurlu startını reallaşdıran ''Əl-Nəssr''də artıq eniş başlayıb. Ötən tur ''Əl-İttifaq'' ilə 2:2 bərabərə qalan Kriştiano Ronaldonun komandası bu dəfə ümumiyyətlə, xala həsrət qalıb. Ayvan Touninin ilk 20 dəqiqədə vurduğu qollar qonaqları şoka salıb. Düzdü, Ər-Riyad təmsilçisi hələ fasiləyə qədər hesabı bərabərləşdirə bilib. Maraqlıdı ki, Ronaldo və Joao Feliş kimi bombardirlər yarışına başçılıq edən futbolçular fərqlənə bilməyib. ''Əl-Nəssr''in hər iki qolunu mərkəz müdafiəçisi Abdulela Əl-Əmri vurub. İkinci hissədə isə səhnəyə Merih Dəmiral çıxıb. Türkiyə yığmasının üzvü 55-ci dəqiqədə başla fərqlənərək ''Əl-Əhli''yə sürpriz qələbə qazandırıb. Touni bu dəfə aktivinə məhsuldar ötürmə yazıb. Beləliklə Kriştianonun komandası Merihin qolu ilə mövsümün ilk məğlubiyyəti ilə barışmalı olub. Xatırladaq ki, ''Əl-Əhli'' Asiya Çempionlar Liqasının son qalibi statusundadı.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.