“Qalatasaray” argentinalı ulduzu Mauro İkardi ilə anlaşıb. 32 yaşlı futbolçu karyerasını Türkiyə klubunda davam etdirəcək. Metbuat.az yerli mediaya istinadla xəbər verir ki, təcrübəli qolçu ilə ən azı 2 illik müqavilə imzalanacaq. İkardinin arzusuna uyğun olaraq müqavilənin müddəti daha 1 il uzadıla bilər. Argentinalı futbol ulduzunun sarı-qırmızılı klubdan alacağı maaş bəlli olub. İkardi gələn mövsümdən etirbarən “Qalatasaray”dan hər il 4,5 milyon avro maaş alacaq. Qeyd edək ki, argentinalı ulduz hazırda İstanbul klubundan ildə 10 milyon avro maaş alır. Xatırladaq ki, İkardi 2022-ci ildən "Qalatasaray"ın şərəfini qoruyur. O, meydana çıxdığı 110 rəsmi matçda rəqib qapaılarından 70 qol keçirib. İkardi bu mövsüm sarı-qırmızılı forma ilə 13 matça çıxıb. O, 9 dəfə rəqib qapıçıları məyyus etməyi bacarıb.