Türkiyənin “Qalatasaray” klubu "Mançester Yunayted"in yarımmüdafiəçisi Manuel Uqarteni icarəyə götürmək niyyətində olub.
90deqiqe.Az-ın "Teamtalk"a istinadən məlumatına görə, İstanbul klubu ingilis “qırmızı şeytanları”na Uqartenin icarəyə verilməsi təklifini göndərib, lakin cavab mənfi olub.
"Mançester Yunayted" futbolçunu təxminən 52 milyon avro qarşılığında satmağa hazırdır.
Manuel Uqarte 2029-cu ilin ortalarına qədər İngiltərə klubuyla müqavilə bağlayıb. Transfermarkt məlumatına görə, futbolçunun bazar dəyəri 30 milyon avro təşkil edir. Cari mövsümdə yarımmüdafiəçi 12 oyunda iştirak edib, lakin qol və məhsuldar ötürmə ilə yadda qalmayıb.