AZ

“Mançester Yunayted” “Qalatasaray”a “yox” dedi

“Qalatasaray” Manuel Uqarte ilə bağlı “Mançester Yunayted”dən “yox” cavabı alıb.

Msport.az xəbər verir ki, İstanbul klubu dayaq yarımmüdafiəçisini qışda icarəyə götürmək istəyirdi.

Türkiyə təmsilçisi “Mançester Yunayted”də 17,2 milyon avro təklif edirdi.

Mənbənin sözlərinə görə, “Qalatasaray” 50 milyon avro təklif etsə, “qırmızı şeytanlar” 24 yaşlı futbolçunu sata bilərlər. Ötən həftə İstanbul klubunun nümayəndələri portuqaliyalı futbolçunun meneceri ilə görüşüblər.

Uqarte bu mövsüm bütün turnirlərdə 12 oyunda forma geyinib.

 

 

Seçilən
178
21
msport.az

10Mənbələr