Rusiyalı iş adamı və RUSAL alüminium şirkətinin qurucusu Oleq Deripaska xəbərdarlıq etdi ki, ABŞ-ın Venesuelada hərbi əməliyyatı qlobal enerji balansını və Rusiya iqtisadiyyatını kökündən dəyişdirə bilər.
Deripaskanın sözlərinə görə, əgər ABŞ Nikolas Maduronu devirib Venesuela neft yataqları üzərində birbaşa nəzarət qurması, dünya neft ehtiyatlarının yarıdan çoxunun Vaşinqtonun təsiri altına düşəcəyi deməkdir. Bu vəziyyət, ABŞ-a qlobal neft bazarında misli görünməmiş qiymət təyinetmə gücü verəcək.
Deripaska iddia edir ki, bu ssenari Rusiya üçün iki əsas birbaşa təhlükə yaradır:
1. Neft qiymətlərinə təzyiq - ABŞ Rusiya neftinin (Urals) qiymətini barel üçün 50 dollardan aşağıda saxlamağa məcbur edə bilər. Bu, Rusiya büdcəsi üçün ən vacib gəlir axınını ciddi şəkildə sıxışdıra bilər.
2. İqtisadi modelə təhlükə - aşağı qiymət ssenarisi mövcud dövlət sektorunun dominant olduğu iqtisadi modeli dayanıqsız edəcək. Deripaskanın sözlərinə görə, bu, səmərəsiz sektorların ləğvini, xərclərin kökündən azaldılmasını və özəl sektorun iqtisadiyyatda daha fəal iştirakını tələb edən islahatlar dalğası gətirəcək.
TAHİR