AZ

Zelenski 95 fiziki şəxsə və 70 hüquqi şəxsə qarşı sanksiyaları təsdiq edib

BAKI, 4 yanvar. TELEQRAF

Ukrayna Prezidenti Volodimir Zelenski Milli Vergi Xidmətinin 95 fiziki və 70 hüquqi şəxsə qarşı qərarının qüvvəyə minməsi ilə bağlı fərman imzalayıb.

Teleqraf xəbər verir ki, bu barədə Ukrayna Prezident Administrasiyasının saytında bildirilir.

"Ukrayna Prezidenti Volodimir Zelenski Milli Təhlükəsizlik və Müdafiə Şurasının əksəriyyəti Rusiya Federasiyası vətəndaşları və rezidentləri olan 95 fiziki və 70 hüquqi şəxsə qarşı sanksiyalar tətbiq etmək qərarını təsdiqləyən fərman imzalayıb", - deyə qeyd edilib.

Bildirilir ki, bunlar Rusiyanın dövlət müdafiə sifarişinə və müdafiə-sənaye kompleksinin fəaliyyətinə xidmət göstərən şəxslər və şirkətlərdir.

Seçilən
100
39
teleqraf.com

10Mənbələr