“Vitse-prezident Delsi Rodriqez istədiyimizi etdiyi müddətcə Venesuelada Amerika qoşunları olmayacaq”.
“Cebheinfo.az” xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp "The New York Post" qəzetinə verdiyi müsahibədə bildirib.
"The New York Post" qəzeti Trampdan Amerika qoşunlarının ölkəni idarəetməyə kömək edib-etməyəcəyini soruşub.
"Xeyr, əgər vitse-prezident bizim istədiyimizi edərsə, biz bunu etmək məcburiyyətində qalmayacağıq", -Tramp deyib.
"Biz onunla dəfələrlə danışmışıq və o,bunu başa düşür. O, bizi başa düşür", - deyə ABŞ Prezidenti əlavə edib.
Bu arada, Rodriqez çıxışında Nikolas Maduronun ölkənin yeganə prezidenti olduğunu bəyan edib. O bildirib ki, Venesuela xalqı "heç kimin köləsi və ya müstəmləkəsi" olmayacaq.
Xatırladaq ki, Venesuela Ali Məhkəməsi Rodrigezi müvəqqəti prezident təyin edib.