AZ

“Starlink” Venesuelanı bir ay müddətinə pulsuz internetlə təmin edəcək

BAKI, TurkicWorld, Abdulvahhab Ələskərov

ABŞ-nin “Starlink” şirkəti Venesuelada bir ay müddətinə pulsuz internet xidməti təqdim edəcək.

TurkicWorld xəbər verir ki, bu barədə şirkətin X sosial şəbəkəsində yayımlanan rəsmi məlumatında bildirilib.

Məlumata görə, “Starlink” fevralın 3-dək Venesuela xalqına genişzolaqlı internetə ödənişsiz çıxış imkanı yaradacaq. Şirkət bu addımın ölkədə mövcud vəziyyətdə əhalinin rabitə imkanlarının dəstəklənməsinə xidmət etdiyini qeyd edib.

Seçilən
129
50
turkic.world

10Mənbələr