AZ

Maduronun postu müvəqqəti olaraq ona tapşırıldı…


Venesuela Ali Məhkəməsi (TSJ), prezident Nikolas Maduronun ABŞ əməliyyatında saxlanılmasından sonra vitse-prezident Delsi Rodrigezin dövlət başçısının səlahiyyətlərini müvəqqəti olaraq icra etməsi barədə qərar qəbul edib.

“El Nacional”ın məlumatına görə, TSJ-nin bəyanatında deyilir ki, Rodrigez inzibati davamlılığı və millətin bütövlüyünü təmin etmək üçün Venesuela prezidentliyinin bütün səlahiyyətlərini, vəzifələrini və məsuliyyətlərini müvəqqəti olaraq öz üzərinə götürəcək.

Bundan əvvəl açıqlama verən ABŞ prezidenti Tramp “təhlükəsiz, rahat və ağlabatan bir keçid əldə edənə qədər” Venesuelanı idarə edəcəklərini açıqlayıb: “Hazırda bu şəxsləri müəyyənləşdiririk. Bu yaxınlarda Maduronun yerinə vəzifəyə başlayan vitse-prezident Delsi Rodrigez bizə “Sizə lazım olan hər şeyi edəcəyik” dedi. Düşünürəm ki, o, olduqca mehriban idi.

Müxalifət lideri Maria Maçadonun Venesuelada lider olması çətindir. O, çox yaxşı qadındır, amma ölkəsində dəstək və hörmət görmür”.

TAHİR

Seçilən
121
27
baki-xeber.com

10Mənbələr