"Qarabağ"ın qış təlim-məşq toplanışında keçirəcəyi yoxlama oyunlarındakı rəqibləri müəyyənləşib.
"Yeni Sabah" xəbər verir ki, bu barədə Ağdam təmsilçisi məlumat yayıb.
Bildirilib ki, hazırlıq prosesinin ikinci mərhələsinə Türkiyənin Antalya şəhərində start verəcək "Qarabağ" ilk olaraq yoxlama oyununda, yanvarın 12-də Özbəkistanın "Neftçi" (Fərqanə) klubu ilə Bakı vaxtı ilə saat 18:00-da qarşılaşacaq.
Qurban Qurbanovun rəhbərlik etdiyi kollektivin növbəti sınağı Polşanın "Zaqlebie Lubin" kollektivinə qarşı olacaq. Oyun Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.
Qeyd edək ki, "Qarabağ" yeni ildə ilk rəsmi oyununa yanvarın 21-də çıxacaq. Komanda UEFA Çempionlar Liqasının Liqa mərhələsi çərçivəsində Almaniyanın "Ayntraxt" klubu ilə qarşılaşacaq.
Telegram kanalımız