AZ

Azərbaycan millisinin oyunçusunun transferi bardə atası açıqlama verib

Idman.biz portalından verilən məlumata əsasən, ain.az bildirir.

Türkiyə mediasında Niderlandın “Volendam” klubunun və Azərbaycan millisinin yarımmüdafiəçisi Ozancan Kökçünün “Beşiktaş”a mümkün keçidi barədə məlumatlar yayılmışdı.

İdman.Biz xəbər verir ki, futbolçunun atası Halis Kökçü bu məlumatlara münasibət bildirib.

“Ozan “Volendam”ın futbolçusudur. Ozanla bağlı “Beşiktaş”la heç bir danışıqlar aparılmayıb. Yayılan xəbərlər həqiqətə uyğun deyil”, - deyə Kökçü vurğulayıb.

Daha əvvəl bir sıra nəşrlər “Beşiktaş”ın guya Ozan Can Kökçünü transfer siyahısına daxil etdiyini yazmışdı, lakin futbolçunun atasının sözləri bu məlumatı tamamilə təkzib edib.

İdman.Biz

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
159
50
icma.az

10Mənbələr