“Real Madrid” və Braziliya millisinin keçmiş müdafiəçisi Roberto Karlos sağlamlığı ilə bağlı yayılan şayiələri təkzib edib.
Publika.az xəbər verir ki, daha əvvəl bildirilmişdi ki, keçmiş futbolçunun ayağında qan laxtası var və ürək problemləri aşkar edilib, buna görə də kateter qoyulması əməliyyatı üçün xəstəxanaya yerləşdirilib.
“İnternetdə yayılan bəzi məlumatlara aydınlıq gətirmək istərdim.
Bu yaxınlarda həkimlərim tərəfindən əvvəlcədən planlaşdırılmış profilaktik tibbi prosedurdan keçdim. Prosedur uğurlu keçdi və özümü yaxşı hiss edirəm. Ürək tutması keçirmədim.
Sağalıram və tam formaya qayıtmağı, peşəkar və şəxsi fəaliyyətlərimə davam etməyi səbirsizliklə gözləyirəm.