AZ

Afrika Millətlər Kubokunda ilk 1/4 finalçılar bəlli oldu – ARENA.AZ

Mərakeşdə təşkil edilmiş futbol üzrə Afrika Millətlər Kubokunda (2025) ötən gün 1/8 mərhələsinin oyunlarına start verilib.

Arena.az xəbər verir ki, pley-off mərhələsinin ilk oyun günündə iki qarşılaşma baş tutub.

Əvvəlcə, Seneqal və Sudan yığmaları üz-üzə gəliblər. Oyunda hesabı sudanlılar açıblar. Amma qalan dəqiqələrdə 3 qol vurmuş Seneqal yığması inamlı qələbə sayəsində ilk 1/4 finalçı olub.

Mali və Tunis yığmalarının oyununda isə əsas vaxt bərabərliklə yekunlaşıb. Bu üzdən qalib penaltilər seriyasında müəyyənləşib. 11 metrlik zərbələri daha dəqiq yerinə yetirmiş Mali yığması mərhələ adlayan tərəf olub.

Beləliklə, ilk 1/4 final görüşü Mali və Seneqal yığmaları arasında keçiriləcək. Bu komandaların görüşü yanvarın 9-da baş tutacaq.

Qeyd edək ki, Afrika Millətlər Kubokunda mübarizəyə yanvarın 18-də keçiriləcək final oyunu ilə yekun vurulacaq.

Afrika Millətlər Kuboku
1/8 final mərhələsi
3 yanvar

Seneqal – Sudan 3:1
Qollar: Qeye, 29; 45+3. Mbaye, 77 – A.Abdalla, 6.

Mali – Tunis 1:1 (penaltilər 3:2)
Qollar: Sinayoko, 90+6-pen – Şauat, 88.

4 yanvar

20:00. Mərakeş – Tanzaniya
23:00. CAR – Kamerun

5 yanvar

20:00. Misir – Benin
23:00. Nigeriya – Mozambik

6 yanvar

20:00. Əlcəzair – Konqo DR
23:00. Kot-d’İvuar – Burkina Faso

Xəbəri sosial şəbəkələrdə paylaş:
Seçilən
111
50
arena.az

10Mənbələr