Gecə hücumlarından sonra Venesuelanın paytaxtı Karakasda sakitlik hökm sürür.
Yerli media yazır ki, Karakasın izdihamlı küçələrində hərəkət dayanıb, mağazalar və iş yerləri bağlıdır. Küçələrdə qara geyimli patrullar dolaşır.
Ən ciddi problem ərzaqla bağlıdır. Şəhərdə açıq olan bir neçə supermarketin qarşısında uzun növbələr yaranıb.