AZ

Venesuelanın paytaxtında sakitlik hökm sürür

Bakı, 4 yanvar, AZƏRTAC

Gecə hücumlarından sonra Venesuelanın paytaxtı Karakasda sakitlik hökm sürür.

AZƏRTAC yerli mediaya istinadla xəbər verir ki, Karakasın izdihamlı küçələrində hərəkət dayanıb, mağazalar və iş yerləri bağlıdır. Küçələrdə qara geyimli patrullar dolaşır.

Ən ciddi problem ərzaqla bağlıdır. Şəhərdə açıq olan bir neçə supermarketin qarşısında uzun növbələr yaranıb.

Seçilən
110
10
azertag.az

4Mənbələr