AZ

Zelenski və Tramp yenidən görüşəcəklər

Bakı. Trend:

Ukrayna və Amerika Birləşmiş Ştatları prezidentləri yenidəngörüşəcəklər.

Trend xəbər verir ki, bubarədə Ukrayna Prezidenti Volodimir Zelenski brifinqdə məlumatverib.

Zelenski yanvarın sonunda ABŞ Prezidenti Donald Trampla sülhplanını müzakirə etmək üçün yeni görüş keçirəcəyini açıqlayıb.

Prezidentin sözlərinə görə, bundan əvvəl Avropa liderləriningörüşü olacaq, orada təhlükəsizlik sənədləri yekunlaşdırılacaq.Liderlər bir çox məsələni müzakirə edəcəklər. Lakin əsas diqqəttəhlükəsizlik zəmanətləri və Ukraynanın bərpasına yönəldiləcək.

Prezident əlavə edib ki, Donald Trampın komandası ilə dəgörüşlər olacaq və bu görüşlər Parisdə keçiriləcək.

"Görüşlər 24 saat, bəlkə də iki saat davam edəcək. Hər şeyişlərin gedişatından asılıdır. Bundan sonra düşünürəm ki, bizABŞ-da geniş çərçivədə rəhbərlik səviyyəsində görüşəhazırlaşacağıq. Biz istərdik ki, bütün bunlar yanvarın sonuna qədərbaş versin", - deyə Prezident bildirib.

Qeyd edək ki, dekabrın 28-də Ukrayna və ABŞ prezidentləriVolodimir Zelenski və Donald Tramp Floridada görüşüblər.Danışıqlardan sonra liderlər əldə edilmiş nəticələrlə bağlıaçıqlamalar veriblər. ABŞ prezidenti Donbas məsələsində müəyyənirəliləyiş olduğunu bildirərək, yekun qərarın hələ verilmədiyini,lakin tərəflərin razılığa yaxın olduğunu bildirib.

Seçilən
113
14
az.trend.az

10Mənbələr