Ukrayna və Amerika Birləşmiş Ştatları prezidentləri yenidən görüşəcəklər.
Publika.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski brifinqdə məlumat verib.
Zelenski yanvarın sonunda ABŞ Prezidenti Donald Trampla sülh planını müzakirə etmək üçün yeni görüş keçirəcəyini açıqlayıb.
Prezidentin sözlərinə görə, bundan əvvəl Avropa liderlərinin görüşü olacaq, orada təhlükəsizlik sənədləri yekunlaşdırılacaq. Liderlər bir çox məsələni müzakirə edəcəklər. Lakin əsas diqqət təhlükəsizlik zəmanətləri və Ukraynanın bərpasına yönəldiləcək.
Prezident əlavə edib ki, Donald Trampın komandası ilə də görüşlər olacaq və bu görüşlər Parisdə keçiriləcək.