AZ

Antalyaya üz tutan “Sumqayıt”dan yolüstü VİDEO

“Sumqayıt” qış təlim məşq toplanışı üçün Türkiyənin Antalya şəhərinə yollanıb.

Sportinfo.az xəbər verir ki, Saşa İliçin baş məşqçisi olduğu komandanı daşıyan təyyarə səhər saatlarında sözügedən şəhərə eniş edib.

Yanvarın 3-dan 17-dək Lara bölgəsində yerləşən “Limak” otelində məskunlaşacaq “Sumqayıt” bu müddət ərzində 3 yoxlama oyununda qüvvəsini sınayacaq.

Klub 9, 12 və 16 yanvar tarixlərində müvafiq olaraq Macarıstanın “Paksi”, Serbiyanın “OFK Belqrad” və Xorvatiyanın “Osiyek” klubu ilə yoxlama oyunları keçirəcək.

Seçilən
59
3
sportinfo.az

10Mənbələr