AZ

"Sumqayıt" Türkiyəyə yollandı

"Sumqayıt" qış hazırlıq planı üçün bu gün Türkiyənin Antalya şəhərinə yollanıb.

Sportinfo.az xəbər verir ki, baş məşqçi Saşa İliçin rəhbərlik etdiyi komanda yanvarın 3-17-si aralığında Antalyanın Lara bölgəsində hazırlıq prosesi keçəcək.

Klub toplanış müddətində 3 yoxlama oyununda iştirak edəcək.

Premyer Liqa təmsilçisi yanvarın 9-da Macarıstanın “Pakş”, 12-də Serbiyanın OFK, 16-da isə Xorvatiyanın “Osiyek” klubu ilə üz-üzə gələcək.

Seçilən
104
3
sportinfo.az

10Mənbələr