Ukraynanın növbəti onillikdə yenidənqurma və iqtisadi inkişaf üçün maliyyə ehtiyacları təqribən 800 milyard dollar həcmində qiymətləndirilir.
Azreform.info Axar.az-a istinadla xəbər verir ki, bu barədə Ukraynanın Baş naziri Yuliya Sviridenko Kiyevdə avropalı tərəfdaşlarla iqtisadi danışıqlar prosesini müzakirə edərkən bildirib.
Onun sözlərinə görə, son bir neçə həftədir Ukrayna komandası ABŞ ilə müharibə iqtisadiyyatı və uzunmüddətli rifah və təhlükəsizliyə keçid kontekstində növbəti addımları fəal şəkildə müzakirə edir:
"Bizim bir çox qurumlarımız, o cümlədən Dünya Bankı var ki, onlar donor platforması çərçivəsində yenidənqurma və bərpa ehtiyaclarını qiymətləndirmək üçün sistemli iş aparıblar".
O qeyd edib ki, bu əməkdaşlıq nəticəsində növbəti on il üçün ehtiyacları, ilkin şərtləri, mexanizmləri və investisiya istiqamətlərini aydın şəkildə müəyyən edən Ukraynanın çiçəklənməsi üçün çərçivə hazırlanıb.