AZ

Ukrayna ölkənin bərpası üçün 800 milyard dollar axtarır…


"Bugünkü nöqteyi-nəzərdən Ukraynanın maliyyə ehtiyacları böyükdür. Bu, 800 milyard dollar təşkil edir ki, buraya makromaliyyə sabitliyi, itkilərin kompensasiyası, yenidənqurma, bərpa və iqtisadi artımın maliyyələşdirilməsi daxildir. Buraya müdafiənin maliyyələşdirilməsi daxil deyil".

Bu fikirləri Ukraynanın Baş naziri Yuliya Sviridenko Kiyevdə avropalı tərəfdaşlarla iqtisadi danışıqlar prosesini müzakirə edərkən bildirib.

O, vurğulayıb ki, Ukraynanın növbəti onillikdə yenidənqurma və iqtisadi inkişaf üçün maliyyə ehtiyacları təqribən 800 milyard dollar həcmində qiymətləndirilir.

Y. Sviridenko qeyd edib ki, son bir neçə həftədir Ukrayna komandası ABŞ ilə müharibə iqtisadiyyatı və uzunmüddətli rifah və təhlükəsizliyə keçid kontekstində növbəti addımları fəal şəkildə müzakirə edir.

"Bizim bir çox qurumlarımız, o cümlədən Dünya Bankı var ki, onlar donor platforması çərçivəsində yenidənqurma və bərpa ehtiyaclarını qiymətləndirmək üçün sistemli iş aparıblar", - deyə o, vurğulayıb.

O qeyd edib ki, bu əməkdaşlıq nəticəsində növbəti on il üçün ehtiyacları, ilkin şərtləri, mexanizmləri və investisiya istiqamətlərini aydın şəkildə müəyyən edən Ukraynanın çiçəklənməsi üçün çərçivə hazırlanıb.

Ukraynanın baş naziri deyib ki, səmərəli təhlükəsizlik təminatları zamanla maliyyə ehtiyaclarını azalda bilər, çünki təhlükəsizlik iqtisadiyyatın bərpası üçün əsas şərtdir. O, bildirib ki, makromaliyyə sabitliyi investisiyaların cəlb edilməsi və Ukraynanın investisiya cəlbediciliyinin artırılması üçün əsasdır.

İRADƏ

Seçilən
124
7
baki-xeber.com

10Mənbələr