AZ

Tramp Maduronun ABŞ gəmisindəki fotosunu paylaşıb

ABŞ Prezidenti Donald Tramp "Truth Social" sosial şəbəkə hesabında Venesuela prezidenti Nikolas Maduronun Amerikanın "İvo Jima" gəmisində çəkilmiş şəklini paylaşıb.

Missiya.Az report-a istinadən xəbər verir ki, Tramp "Nikolas Maduro "USS Iwo Jima" gəmisində", - yazıb.

Fotoda Maduronun boz rəngli idman kostyumu və qulaqlıq taxdığı görünür. Onun əlində plastik şüşə var. Gözləri isə qara maska ​​ilə örtülüb.

Ehtimal ki, Maduronun əli qandallıdır və çox güman ki, onun yanında üzü görünməyən başqa bir adam dayanıb.

Seçilən
127
8
missiya.az

10Mənbələr