AZ

“Maduro da ABŞ yə “meydan sulayırdı”, ikisinin də sonu oxşar oldu” İLGİNC AÇIQLAMA

ain.az, Turkstan.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Vaşinqtonun Venesuelada həyata keçirdiyi hərbi əməliyyat ABŞ-nin çoxqütblü dünya ilə barışmadığını göstərir”.

Turkustan.az-ın məlumatına görə, bunu politoloq Elxan Şahinoğlu bildirib.

Ekspert qeyd edib:

“Vaşinqton “Monro doktrinası”ndan (ABŞ prezidenti Ceyms Monronun 1823-cü ildə qəbul etdiyi doktrinaya görə, Şimali və Cənubi Amerika ABŞ-nin həyati maraqları çəvçivəsinə aid edilmişdi və Avropa ölkələri bu qitələrin işlərinə qarışmamalı idi) çıxış edərək Venesuelanı ram etməyə qərar verib. Vaşinqton eyni prinsiplə 1973-cü ildə Çilidə yerli hərbçilərin əli ilə solçu prezident Salvador Alyendeni devirmişdi. Alyende kimi, Nikolas Maduro da Amerikaya “meydan sulayırdı”, ikisinin də sonu oxşar oldu”.

Elxan Şahinoğlunun sözlərinə əsasən, ABŞ-nin Venesuelada həyata keçirdiyi hərbi əməliyyata iki növ reaksiyalar verilib:

““Baş verənləri qınayırıq” – deyənlər ABŞ-nin hərbi əməliyyatından narahat olan dövlətlərdir. “Hadisələri diqqətlə izləyirik” – deyənlər isə ABŞ-nin tərəfdaşı və Vaşinqtondan çəkinənlərdir. Bütün hallarda heç bir dövlət, o cümlədən Rusiya və Çin Venesuela və onun artıq keçmiş lideri Maduroya görə Donald Trampla qarşıdurmaya getməyəcək”.

Politoloq Ağ Ev sahibinin digər ölkə ilə bağlı mövqeyinə də diqqət çəkib:

“Tramp dünənki açıqlamasında İran rejimini bu sözlərlə hədələmişdi: “Əgər İran dinc etirazçılara zorakılıqla atəş açsa və onları öldürsə, ABŞ etirazçıların köməyinə gələcək. Biz ora getməyə tam hazırıq”.

Venesueladakı hadisələr göstərir ki, Tramp dediyini etməyə çalışır. Ancaq ABŞ-nin İrana hər hansı müdaxiləsi bu ölkədə dəyişiklik istəyənlərin əleyhinə, mühafizəkarların lehinə işləyəcək, ikincilər diqqəti daxili məsələlərin həllindən yayındıraraq cəmiyyəti ümumi düşmənə qarşı birliyə çağıracaqlar”./Musavat.com

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
82
4
icma.az

10Mənbələr