AZ

TRAMP ƏMƏLİYYATIN DETALLARINI AÇIQLADI “Hər şey filmlərdəki kimi idi...”

ain.az, Azpolitika.az saytına istinadən bildirir.

ABŞ prezidenti Donald Tramp Nikolas Maduronun ABŞ xüsusi təyinatlıları tərəfindən ələ keçirilməsi əməliyyatı ilə bağlı detallar açıqlayıb.

"AzPolitika"  xəbər verir ki, o, bunu "Fox News” telekanalına müsahibəsində açıqlayıb.

Tramp bildirib ki, Maduro saxlanılmadan əvvəl "qala” adlandırılan məkanda olub. 

Venesuela prezidentinin hərbi bazada yerləşən iqamətgahında olduğu iddia edilir.

ABŞ prezidenti qeyd edib ki, Maduronun ələ keçirilməsi əməliyyatı bir neçə dəfə təxirə salınıb və ilkin olaraq bir neçə gün əvvəl planlaşdırılıb. O bildirib ki, əməliyyatın ertələnməsinə hava şəraitinin uyğun olmaması səbəb olub.

Donald Tramp əməliyyatda iştirak edən hərbçilər arasında yaralananların olduğunu, lakin ABŞ tərəfdən həlak olanların qeydə alınmadığını vurğulayıb..

Trampın sözlərinə görə, saxlanıldıqdan sonra Nikolas Maduro və həyat yoldaşı ABŞ-ın "Iwo Jima” adlı desant gəmisində saxlanılır və Nyu-Yorka aparılacaqlar. O, onların helikopterlərlə gətirildiyini də qeyd edib.

ABŞ prezidenti həmçinin bildirib ki, əməliyyatdan təxminən bir həftə əvvəl Nikolas Maduro ilə danışıb və onu "təslim olmağa” çağırıb.

O, bildirib ki, Maduronun saxlanılması əməliyyatını canlı izləyib.

"Hər şey filmlərdəki kimi idi. Hərbi rəsmilər mənə dedilər ki, yer üzündə belə bir manevr edə biləcək başqa bir ölkə yoxdur. Mən o anları sanki televiziya şousuna baxırmış kimi izlədim”, - deyə əlavə edib.

"AzPolitika"

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
109
50
azpolitika.info

10Mənbələr