Bizimyol portalından alınan məlumata görə, ain.az xəbər verir.
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev bildirib ki, Avrasiya İqtisadi İttifaqının (Aİİ) əsas hədəflərindən biri inteqrasiya proseslərinin səmərəliliyini gücləndirmək və birliyin potensialını möhkəmləndirməkdir.
Bizimyol.info xəbər verir ki, bu barədə Qazaxıstan prezidentinin mətbuat xidməti Tokayevin Aİİ-yə üzv dövlətlərin başçılarına ünvanladığı müraciətinə istinadən məlumat yayıb.
Prezident qeyd edib ki, 1 yanvar 2026-cı ildən Qazaxıstan Avrasiya İqtisadi İttifaqının orqanlarında sədrliyi öz üzərinə götürəcək. Onun sözlərinə görə, geridə qalan il Aİİ üçün yubiley ili olub və birlik inkişafının ikinci onilliyinə inamla qədəm qoyub.
Tokayev vurğulayıb ki, son illərdə baş verən qlobal sarsıntılara baxmayaraq, ittifaqa üzv dövlətlər müsbət iqtisadi dinamika nümayiş etdirir.
“Qarşıdakı dövr üçün ümumi vəzifəmiz inteqrasiyanın səmərəliliyini artırmaq, Aİİ-nin potensialını və aktuallığını gücləndirməkdir. 2026-cı ildən etibarən Avrasiya İqtisadi İttifaqı çərçivəsində 2030-cu ilədək və 2045-ci ilədək olan dövrü əhatə edən "Avrasiya iqtisadi yolu" adlı iqtisadi proseslərin gələcək inkişafına dair Bəyannamənin icrasına başlanılacaq. Bu strateji sənəddə müəyyən edilən məqsəd və vəzifələrə prioritet diqqət yetiriləcək”, – deyə Qazaxıstan prezidenti bildirib.
Qadir, Bizimyol.info
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.