AZ

“Maduronun başına gələnlər onların da başına gələ bilər”

“İllərdir, günahsız amerikalılar onun ucbatından həyatlarını itiriblər. Onlar insanları qaçırıblar, vəhşicəsinə qətlə yetiriblər”.

Tramp Maduronun fotosunu paylaşdı - "ÖLKƏNİ BİZ İDARƏ EDƏCƏYİK"

FED.az xəbər veri ki, bu barədə ABŞ prezidenti Donald Tramp Venesuela prezidenti Maduronun həbsinə həsr olunmus mətbuat konfransında deyib.

Tramp Maduroya qarşı bəzi qeyri-adi ittihamlar irəli sürüb: “Maduro rejimi həbsxanaları boşaldıb, cinayətkarları azad edib. Narkotik qaçaqmalçılarını azad ediblər, amma artıq heç kim bu sərhədi keçməyəcək. 200 ildir baş verən qanun pozuntularının heç biri bir daha təkrarlanmayacaq. Biz kartelləri məhv edəcəyik"-deyə Tramp Maduronun narko biznesə dəstək verdiyini bildirib.

Tramp bildirib ki, ABŞ Venesuelanın neft sektoru ilə məşğul olacaq: "Biz (Venesualaya) nəhəng ABŞ neft şirkətlərini gətirəcəyik".

ABŞ prezidenti bölgədəki başqa liderlərə də xəbərdarlıq edib: “Qoy bu ABŞ suverenliyini təhdid edənlərə dərs olsun. Venesueladakı bütün siyasi aktorlar bilməlidirlər ki, Maduronun başına gələnlər onların da başına gələ bilər. Dünən gecədən bəri Venesuela azad xalqdır”.

Seçilən
55
30
fed.az

10Mənbələr