ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, Vaşinqton Amerikanın bütün tələbləri yerinə yetirilənə qədər Venesuela neftinin tədarükünə embarqonu davam etdirəcək.
Bakıvaxtı.az-ın məlumatına görə, bunu Amerika lideri Karakasa aviazərbələr endirilməsi və Venesuela lideri Nikolas Maduronun tutularaq ölkədən çıxarılmasından sonra keçirilən mətbuat konfransında deyib.
Tramp bununla belə, hansı tələbləri nəzərdə tutduğunu açıqlamayıb: "Venesuela liderləri başa düşməlidirlər ki, Maduronun başına gələnlər onların da başına gələ bilər", - ABŞ prezidenti əlavə edib.