AZ

Tramp: ABŞ-nin Venesuela neftinə embarqosu qüvvədə qalacaq

ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, Vaşinqton Amerikanın bütün tələbləri yerinə yetirilənə qədər Venesuela neftinin tədarükünə embarqonu davam etdirəcək.

Aznews.az xəbər verir ki, bunu Amerika lideri Karakasa aviazərbələr endirilməsi və Venesuela lideri Nikolas Maduronun tutularaq ölkədən çıxarılmasından sonra keçirilən mətbuat konfransında deyib.

Tramp bununla belə, hansı tələbləri nəzərdə tutduğunu açıqlamayıb: "Venesuela liderləri başa düşməlidirlər ki, Maduronun başına gələnlər onların da başına gələ bilər", - ABŞ prezidenti əlavə edib.

Aznews.az

Seçilən
122
2
aznews.az

6Mənbələr