AZ

Maduro qorunan “bunker”də gizlənməyə belə macal tapmayıb -Tramp

Nikolas Maduro və onun arvadının ələ keçirilməsi əməliyyatı zamanı ABŞ-a məxsus helikopter zədələnib, “Delta Force”un bir neçə hərbçisi yaralanıb.

Aznews.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp “Fox News”a müsahibəsində bəyan edib. ABŞ lideri deyib ki, Maduro və həyat yoldaşı Nyu-Yorka aparılacaq, hazırda onlar ABŞ xüsusi təyinatlılarının çatdırdığı gəmidədirlər: “Ələ keçirmə əməliyyatı o qədər sürətli həyata keçirilib ki, Maduro qorunan “bunker”də gizlənməyə belə macal tapmayıb”.

Trampın sözlərinə görə, ordu bir neçə gün gözləmə rejimində olub və Maduronun saxlanılması üçün ideal hava şəraitini gözləyib.

“Komanda inanılmaz iş gördü. Yer üzündə belə bir əməliyyatı həyata keçirə biləcək başqa heç bir ölkə yoxdur”, - Tramp vurğulayıb.

Seçilən
38
50
aznews.az

10Mənbələr