ABŞ Prezidenti Donald Tramp narkotik qaçaqmalçılığının dayandırılması və Karakas tərəfindən oğurlanmış neftin geri qaytarılması müqabilində Venesuelaya dəfələrlə güzəştlər təklif edib.
Publika.az xəbər verir ki, bunu ABŞ-ın vitse-prezidenti J.D.Vens bu barədə X sosial media platformasında yazıb.
"Prezident dəfələrlə çıxış variantları təklif edib, lakin proses boyunca o, narkotik qaçaqmalçılığının dayandırılmalı və oğurlanmış neftin ABŞ-a qaytarılmalı olduğunu açıq şəkildə bildirib", - deyə o yazıb.
ABŞ Prezidenti Donald Tramp daha öncə Amerika qüvvələrinin 3 yanvarda Venesuelaya hava hücumu başlatdığını təsdiqləyib. O, həmçinin ölkə lideri Nikolas Maduro və həyat yoldaşının Delta Force əsgərləri tərəfindən tutularaq Venesueladan çıxarıldığını bildirmişdi.