AZ

Astarada mikroavtobus aşıb – ÖLƏN VƏ YARALILAR VAR -FOTO(YENİLƏNİB)

Astarada mikroavtobusun qəzaya uğraması nəticəsində ölən və xəsarət alanlar var.

NOCOMMENT.az xəbər verir ki, hadisə nəticəasində Astara sakinləri  1996 təvəllüdlü Əfsanə Baxşıyeva, 1961 təvəllüdlü Səyarə Həsənova dünyasını dəyişib. Beş nəfər isə müxtəlif xəsarətlərlə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatrılıb.

***18:05

Astarada mikroavtobusun qəzaya uğraması nəticəsində ölən və xəsarət alanlar var.

NOCOMMENT.az xəbər verir ki, hadisə Ələt–Astara magistral yolunun Astara rayonunun Təngərüd kəndi ərazisindən keçən hissəsində baş verib.

İlkin məlumata görə, Astara–Lənkəran marşrut xətti üzrə hərəkətdə olan “Mercedes Sprinter” markalı mikroavtobusun sürücüsü idarəetməni itirib. Nəticədə nəqliyyat vasitəsi yoldan çıxaraq elektrik dirəyinə çırpılıb və aşıb.

Qəza zamanı mikroavtobusda olan sərnişinlərdən bəziləri müxtəlif dərəcəli bədən xəsarətləri alıb, ölənlərin olduğu bildirilir. Yaralılar təcili tibbi yardım briqadaları tərəfindən aidiyyəti üzrə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır. Əlavə məlumat veriləcək.

Seçilən
121
3
nocomment.az

10Mənbələr