Yazını böyüt
Yazını kiçilt
Astarada mikroavtobus qəzaya uğrayıb.
Hafta.az xəbər verir ki, hadisə rayonun Təngərüd kəndi ərazisindən keçən hissəsində baş verib.
Astara-Lənkəran marşrut xətti üzrə hərəkətdə olan “Mercedes Sprinter” markalı mikroavtobusun sürücüsü idarəetməni itirib. Nəticədə nəqliyyat vasitəsi yoldan çıxaraq elektrik dirəyinə çırpılıb və aşıb.
Qəza zamanı mikroavtobusda olan sərnişinlərdən bəziləri müxtəlif dərəcəli bədən xəsarətləri alıb, ölənlərin olduğu bildirilir.
Yaralılar təcili tibbi yardım briqadaları tərəfindən xəstəxanaya yerləşdirilib.