AZ

Tramp Maduro və həyat yoldaşının ABŞ hərbi gəmisində Nyu-Yorka aparıldığını açıqlayıb

Vaşinqton, 3 yanvar, AZƏRTAC

ABŞ Prezidenti Donald Tramp Nikolas Maduro və onun həyat yoldaşının hazırda ABŞ hərbi gəmisində olduğunu və Nyu-Yorkda aparılaraq məhkəmə qarşısına çıxarılacağını bildirib.

AZƏRTAC-ın məlumatına görə, bu sözləri ABŞ Prezidenti Donald Tramp “Fox News”-a telefon müsahibəsində deyib.

O, cütlüyün hazırda ABŞ-ın "İvo Jima" hərbi gəmisində olduğunu təsdiqləyib. Tramp onların helikopterlə ölkədən çıxarıldığını açıqlayıb.

Donald Tramp Venesuela Prezidentinin ələ keçirilməsini hərbi generallarla birlikdə Mar-a-Laqodakı iqamətgahında real vaxt rejimində izlədiyini bildirib.

Məlahət Nəcəfova

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

Seçilən
108
50
azertag.az

10Mənbələr