Portuqaliyanın “Jil Visente” klubunun mərkəz hücumçusu Pablo Felipe bundan sonra “Vest Hem”in uğurları üçün çalışacaq.
Arena.az xəbər verir ki, bu barədə İngiltərə klubunun rəsmi saytı məlumat yayıb.
Premyer Liqa təmsilçisi bu transfer üçün 23 milyon avrosundan keçib. 22 yaşlı portuqaliyalı futbolçu ilə müddəti 2029-cu ilin 30 iyununadək nəzərdə tutulmuş müqavilə imzalanıb.
Tam adı Pablo Felipe Pereyra de Jezus olan futbolçu Portuqaliyanın “Famalikan” klubunun yetirməsidir. “Pasuş de Ferreyra”da da oynamış mərkəz hücumçusu 2024-cü ildən “Jil Visente”nin uğurları üçün çalışırdı. O, Portuqaliya komandasının heyətində meydana çıxdığı 36 oyunda 14 qol vurub, 1 məhsuldar ötürmə müəllifi olub.
“Transfermarkt” internet-portalı 22 yaşlı hücumçunun transfer dəyərini 5 milyon avro məbləğində qiymətləndirir.

