Demokrat.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.
Məlum olduğu kimi, Venesuela Prezidenti Nikolas Maduro və həyat yoldaşı Cilia Flores ABŞ ordusunun xüsusi təyinatlı bölməsi olan “Delta Force” tərəfindən ələ keçirilib.Oxucu əsir götürülmüş Venesuela Prezidenti Nikolas Maduro haqqında kifayət qədər məlumatlı olsa da, onun eyni aqibəti yaşayan həyat yoldaşı Cilia Flores haqqında demək olar ki, məlumatsızdır.Demokrat.az bu məqamı nəzərə alaraq Cilia Floresin dosyesini təqdim edir. Beləliklə... Cilia Flores 15 oktyabr 1956-cı ildə Venesuelanın Tinaquillo şəhərində anadan olub. Venesuelanın tanınmış siyasi xadimi və vəkilidir. Hazırkı Prezident Nikolas Maduronun həyat yoldaşı uzun illərdir siyasət sahəsində fəal rol oynayır. Flores həmçinin qadınların siyasi həyatda iştirakını təşviq edən nüfuzlu liderlərdən biri hesab olunur.
Nikolas Maduro və həyat yoldaşı Cilia FloresCilia Flores əmək fəaliyyətinə vəkil kimi başlayıb. Karyerasının əvvəlində əsasən sosial ədalətin təmin olunması istiqamətində fəaliyyət göstərib, yoxsul vətəndaşların hüquqlarını müdafiə etməyə çalışıb. Onun bu fəaliyyəti ölkədə siyasi nüfuzunu nəzərəçarpacaq dərəcədə artırıb.Flores uzun illər parlamentdə fəaliyyət göstərib və Venesuelanın qanunverici orqanında əhəmiyyətli oynayıb. O xüsusilə qadın hüquqları və sosial məsələlərin müdafiəsi sahəsində çalışıb. Maduro ilə evliliyi onun siyasi nüfuzunu daha da gücləndirib və o, prezidentin yanında ölkənin ictimai və siyasi işlərində fəal rol oynamağa başlayıb.Cilia Flores həmçinin Venesuela Sosialist Partiyasının üzvü olaraq ölkənin daxili siyasətində mühüm təsirə malikdir. (SAVASHMEDİA.az)
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.