AZ

Premyer Liqa: 2025-ci ilin rəmzi komandası açıqlandı – ARENA.AZ

Azarkeşlərin səsverməsinə əsasən futbol üzrə İngiltərə çempionatında (Premyer Liqa) 2025-ci ilin rəmzi komandası açıqlanıb.

Arena.az xəbər verir ki, bu barədə çempionatın mətbuat xidməti məlumat yayıb.

“İlin komandası”nda ən çox “Arsenal”ın futbolçuları yer alıblar. London təmsilçisi siyahıda 4 futbolçu ilə təmsil olunub.

Maraqlıdır ki, Premyer Liqanın 2024/2025-ci illər mövsümünün qalibi olmuş “Liverpul”dan heç kim bu siyahıya düşməyib.

Qapıçı: David Raya (“Arsenal”);

Müdafiəçilər: Yurrien Timber, Qabriel Maqalyayns (hər ikisi “Arsenal”), Mark Qehi, Daniel Munyos (hər ikisi “Kristal Pelas”), Ris Ceyms (“Çelsi”);

Yarımmüdafiəçilər: Morqan Rocers (“Aston Villa”), Deklan Rays (“Arsenal”), Bruno Fernandes (“Mançester Yunayted”);

Hücumçular: Erlinq Haland (“Mançester Siti”), Antuan Semenyo (“Bornmut”).

Xəbəri sosial şəbəkələrdə paylaş:
Seçilən
90
50
arena.az

10Mənbələr