AZ

Freyzer Forster karyerasını bərpa etdi – Premyer Liqa klubuna görə – ARENA.AZ

Futbol üzrə İngiltərə milli komandasının sabiq qapıçısı, hazırda 37 yaşı olan Freyzer Forster “Bornmut”la müqaviləyə imza atıb.

Arena.az bu barədə “Bornmut”un rəsmi saytına istinadən xəbər verir.

Təcrübəli qolkiperin müqavilə müddəti cari mövsümün sonuna qədər nəzərdə tutulub. O, yeni klubunda 17 nömrəli formanı geyinəcək.

Freyzer Forster 2025-ci ilin yanvarında “Tottenhem”dən ayrıldıqdan sonra klubsuz idi. O, “Bornmut”da sadəcə, ehtiyat qapıçı funksiyasını yerinə yetirəcək.

Xatırladaq ki, Forster karyerası ərzində “Nyuklasl”, “Stokport Kaunti”, “Bristol Rovers”, “Norviç Siti”, “Seltik”, “Sauthempton”, “Tottenhem” kimi klubların uğurları üçün çalışıb

37 yaşlı futbolçu vaxtilə İngiltərə milli komandasının heyətində də 6 matçda forma geyinib, 7 qol buraxıb, 1 oyunda qapısını toxunulmaz saxlayıb.

Xəbəri sosial şəbəkələrdə paylaş:
Seçilən
89
50
arena.az

10Mənbələr