AZ

Karakas: ABŞ ın hücumlarının məqsədi Venesuela neftini və mədənlərini ələ keçirməkdir, lakin buna nail olmayacaq

Apa.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

ABŞ-ın hücumlarının məqsədi Venesuela neftini və mədənlərini ələ keçirməkdir.

APA xəbər verir ki, bu barədə Venesuela XİN-in yaydığı bəyanatda bildirilib.

“ABŞ hücumlarının məqsədi Venesuelanın neft və mədən ehtiyatlarını ələ keçirməkdir. ABŞ bu resursları ələ keçirməkdə uğur qazanmayacaq. Hücumlar Karakas, Miranda, Araqua və La Qvayra ştatlarında baş verib”.

Qeyd olunub ki, Pentaqon məsələ ilə bağlı şərh istəklərini Ağ Evə yönləndirib, lakin Ağ Ev şərh üçün göndərilən elektron məktuba dərhal cavab verməyib.

Federal Aviasiya Administrasiyası Karakasda baş verən partlayışlardan əvvəl “davam edən hərbi fəaliyyət” səbəbilə ABŞ-ın kommersiya uçuşlarının Venesuela hava məkanında həyata keçirilməsini qadağan edib.

Karakasda yerləşən bir hərbi bazanın anqarından tüstünün qalxdığı müşahidə olunub. Paytaxtdakı başqa bir hərbi obyekt isə elektrik enerjisiz qalıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
11
3
apa.az

5Mənbələr